Güclü külək Bakıda bir sıra fəsadlar törədib

  • SpaceTV
  • 3 Dekabr 2019 12:13

Dekabrın 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin müxtəlif rayonlarında güclü külək nəticəsində bir sıra fəsadların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən SPACE TV-ə verilən məlumata görə, Yasamal rayonunda bir neçə dam örtüyünün qoparaq asılı vəziyyətdə qalması, Səbail rayonu hündürmərtəbəli binanın eyvan şüşəsinin qırılaraq asılı vəziyyətə qalması və s. təhlükəli vəziyyətlərin aradan qaldırılması üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Təhlükəli vəziyyətlər aradan qaldırılıb.

Qeyd olunan məlumatlar aidiyyəti üzrə istiqamətləndirilib.

Paylaş

 Xəbəriniz olsun