Güclü külək ağacı tanınmış yazarın maşınının üstünə aşırdı

  • SpaceTV
  • 2 Noyabr 2019 11:31

Dünəndən başlayan hava şəraiti ilə bağlı olaraq paytaxt ərazisində bir ağac aşıb, bininin isə budağı sınıb.

Bu barədə SPACE TV-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gündən ağacların aşması ehtimalı daha çoxdur:

“Ağaclardan biri kökündən qopub. Digərinin isə budağı sınıb. Hadisələrdən biri Nərimanov rayonunda baş verib. Ümumiyyətlə, hələlik sakitlikdir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən, güclü külək günortadan sonra başlayacaq.

Küləyin sürəti 28, 30, 32 və 35 m/s olarsa, hadisələrin sayı çoxlacaq. Hesab edirəm ki, əvvəlki aylara nisbətən daha çox ağac aşacaq. Çünki artıq yağış yağıb, torpaq, hətta ağacların oduncaqları belə yumşalıb. Ağacların qırılma və kökündən qopma ehtimalı çoxdur”.

Orxan Məmmədov vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Dünən paytaxt ərazidə aşan ağaclardan biri jurnalist, yazar Pərviz Cəbrayılın avtomobilinin üstünə düşüb. Maşına ziyan dəyib

Paylaş

 Xəbəriniz olsun