Gübrə verilir

  • SpaceTV
  • 14 Noyabr 2019 15:24

Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Fosforlu gübrələr bitkilərin müqavimətinin və məhsuldarlığın artırılmasında əsas rol oynayır. Normativə uyğun olaraq il ərzində hər hektara 214 kq ammofos gübrəsinin verilməsi nəzərdə tutulur.  Ötən il Aqrolizinq ASC-nin Biləsuvar bölməsinin  vasitəsilə fermerlərə 5400  ton, bu ilin 11 ayınadək isə 7 min tona yaxın güzəştli ammofos gübrəsi satılıb.

Səyyar satış zamanı rayonun Ağalıkənd kəndi ilə yanaşı ətraf yaşayış məntəqələrindən onlarla fermer tələb olunan sənədləri-torpaq aktı və ya çıxarış, icra nümayəndəliyindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə,yerindəcə bank terminalına ödəniş edib 70 faiz güzəştdən yararlana bilirlər.

Qeyd edək ki, Aqrolizin tərəfindən səyyar satışa ilkin olaraq 20 ton ammofos gübrəsi çıxarılıb. Anbarda kifayət qədər gübrə olduğundan torpaq mülkiyyətçilərini istənilən vaxt həmin gübrələrlə təmin etmək mümkün olacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun