Göygöldə qonşusunun evindən oğurluq edən saxlanılıb.

  • SpaceTV
  • 12 Fevral 2020 14:16

Belə ki,  Göygöl rayon sakini Məhərrəm Qasımov  RPŞ-nə ərizə ilə müraciət edərək  yaşadığı evdən 750 manat nağd pul və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. İlkin istintaq tədibləri ilə müəyyən edilib ki, cinayəti Məhərrəm Qasımovun qonşuşu, əvvəllər məhkum olunan Həsrət Fərəcov törədib.

İlkin məlumata görə saxlanılan Həsrət Fərəcov cinayəti törətməmişdən öncə qonşusunu  bir müddət izləyib. Onun hansı saatlarda işə getməsi, evdə kimlərin olmasını dəqiqləşdirib VƏ ənzildə heç kim olmadığı zaman  sözügedən cinayəti törədib. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun