Göygöldə qadınların bıçaqlaşmasının detalları üzə çıxdı

  • Space TV
  • 22 İyun 2020 12:58

“Bəzi kütləvi informasiya vasitələrində Göygöl rayonunda qadınlar arasında baş vermiş mübahisə zamanı onlardan birinin bıçaqlanması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı bildiririk ki, iyunun 21-də saat 14 radələrində Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Rəvanə Novruzovanın bıçaqlanaraq, “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub”.

SPACE TV xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü İlqam Əliyevin aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı R.Novruzovanı bıçaqlamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Hazırda İ.Əliyevin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11:02

Göygöldə qonşu qadınlar arasında bıçaqlanma hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Bu barədə SPACE TV-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, 29 yaşlı Rəvanə Novruzova qonşu qadın tərəfindən deyil, qonşusu İlqam Əliyev tərəfindən bıçaqlanıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

R.Novruzova qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanada müalicə alır. Onun vəziyyəti kafi qiymətləndirilir.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Əliyevin tapılıb, istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün Göygöldə qadınlar arasında bıçaqlanma hadisəsi olması barədə məlumat yayılmışdı.

Paylaş

 Xəbəriniz olsun