Göygöldə gənc oğlan intihar etdi

  • Space TV
  • 15 Fevral 2021 10:16

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb.

Spacetv.az-ın məlumatına görə, hadisə rayonun Xaqani kəndində baş verib.

26 yaşlı Elnur Məmmədov yaşadığı evin ərazisindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun