Göygöldə dərədə meyiti tapılan şəxs itkin kimi axtarışda imiş

  • SpaceTV
  • 30 Oktyabr 2019 11:13

Göygöldə ölən şəxs itkin kimi axtarışda imiş.

SPACE TV-in məlumatına görə, oktyabr 29-da Bəxtiyar Eyvazovun ailəsi Gəncə Şəhər Polis İdarəsinə onun itkin düşməsi barədə müraciət edib. 

İlkin ehtimala görə, B.Eyvazov Göygöl rayonunun Quşqara kənd ərazisində təpədən yıxılaraq, dərəyə düşüb. Meyitin üzərində zorakılıq əlaməti yoxdur.

07:57

Göygöl rayonunda kişi meyiti tapılıb.

SPACE TV  xəbər verir ki, ölən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eyvazov Bəxtiyar Famil oğludur.  

Onun meyiti Göygöl rayonunun Quşqara kənd ərazisindəki dərələrdən birində tapılıb.

Ölümün səbəbi və təfərrüatları araşdırılır.

Paylaş

 Xəbəriniz olsun