Göygöldə avtomobil aşdı: Yaralılar var

  • Space TV
  • 7 Dekabr 2020 13:47

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, rayonun Topalhəsənli kəndində minik avtomobili aşıb.

Nəticədə, avtomobildə olan 1994-cü il təvəllüdlü Tofiq Yaqub oğlu Nəzərov, 1998-ci il təvəllüdlü Misir Hacıyev və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Paylaş

 Xəbəriniz olsun