Göygöl və Şabranda yük maşını yanıb

  • Space TV
  • 21 Dekabr 2020 16:24

Göygöl rayonunda “KamAZ” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şabran rayonunda isə “Shacman” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun