Göygöl rayonunun bir kəndində evində silah gizlədən şəxs saxlanılıb.

  • Space TV
  • 31 Yanvar 2020 15:11

Polis orqanlarına Göygöl Rayon Polis Şöbəsinə Topalhəsənli kənd sakini Mərdan Həsənovun yaşadığı mənzildə odlu silah saxlaması barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Həsənovun evində axtarış aparıblar. Əməliyyat zamanı fərdi yaşayış evindən bir ədəd “Karabin” markalı odlu silah və həmin silaha aid 29 ədəd patron aşkarlanaraq götürülüb. Mərdan Həsənov şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində silahı on ilə yaxındır evində ailə üzvlərindən gizlin saxladığını deyib.

 Həmin şəxs silahdan havaya bir dəfə atəş açdığını da gizlətməyib.

Zakir muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun