Göyçayda “Yeni il” bayramı keçirilib

  • Space TV
  • 30 Dekabr 2019 16:32

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Göyçayda da “Yeni il” şənliyi təmtəraqlı şəkildə qeyd edilib. Rayonda “Həmrəylik günü”nün sevinci yeni ilə qarışıb. Demək olar ki, rayonun bütün kəndlərindən olan insanlar və qonaqlar bayram şənliyinə qatılıb. Rayonun özfəaliyyət qrupları, rəqs ansamblları öz bacarıqlarını nümayiş etdiriblər. Sonda isə mükafatlandırma olub. Müxtəlif nominasiyalar üzrə rayonda fərqlənən insanlara dəyəli həddiyələr təqdim edilib. Bayram sevincinin ardı olaraq yarmarka baş tutub. Mərkəzi meydanda təşkil edilən yarmarkada müxtəlif növ məhsullar satışa çıxarılıb. Mütəmadi olaraq təşkil edilən açıq bazar insanların asanlıqla və ucuz qiymətə evlərinə lazım olan hər cür məhsulları ala bilmələrinə xidmət edir.

Rayon sakinləri də bu cür yarmarkaların təşkilindən məmnunluğunu bildirirlər.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun