Göyçayda “Yeni il” bayramı ilə əlaqədar olaraq yarmarka təşkil edilib.

  • Space TV
  • 31 Dekabr 2019 13:00

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Göyçayda da “Yeni il” şənliyi təmtəraqlı şəkildə qeyd edilib.

Rayonda bayram yarmarkasında “Həmrəylik günü”nün sevinci yeni ilə qarışıb. Demək olar ki, rayonun bütün kəndlərindən olan insanlar və qonaqlar bayram şənliyinə qatılıb. Rayonun özfəaliyyət qrupları, rəqs ansamblları öz bacarıqlarını nümayiş etdiriblər.  

Sonda isə mükafatlandırma olub. Müxtəlif nominasiyalar üzrə rayonda fərqlənən insanlara dəyəli həddiyələr təqdim edilib. Bayram sevincinin ardı olaraq yarmarka baş tutub. Mərkəzi meydanda təşkil edilən yarmarkada müxtəlif növ məhsullar satışa çıxarılıb. VIDEO: Rayon sakinləri də bu cür yarmarkaların təşkilindən məmnunluğunu bildirib.

VAHİD FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun