Göyçayda yaşayış binasında uçqun olub, xəsarət alanlar var

  • Space TV
  • 20 Avqust 2020 11:59

Göyçayda yaşayış binasında uçqun olub.

Spacetv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb. Binanın 1-ci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.

Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun