Göyçayda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • SpaceTV
  • 29 May 2020 16:26

Göyçay – Bərquşad avtomobil yolunun 12 – ci kilometrliyində – rayonun Şıxbəy kəndi ərazisində qəzaya düşən velosiped sürücüsü bədbəxt hadisənin qurbanı olub. Ucar rayon Pirkənd kənd sakini, 38 yaşlı Kərimov Qarakişi Ağakişi oğlu idarə etdiyi “KİA Sportage” markalı  avtomobili ilə Ucar rayonu istiqamətində hərəkətdə olub. Bu zaman avtomobilin sürücüsü onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçini vurub. Velosipedçi – Göyçay rayon Şıxbəy kənd sakini, 40 yaşlı Cabbarov Tural Əlihüseyn oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

                                                                         VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun