Göyçayda vətəndaşa məxsus fərdi yaşayış evi yanıb.

  • SpaceTV
  • 27 Fevral 2020 13:33

Hadisə ötən gün axşam saat 18:30 radələrində rayonun Kürdəmiş kəndində qeydə alınıb. Kənd sakini Şakir Əliyevə məxsus ümumi sahəsi 195 kvadratmetr olan 6 otaqlı ev yanıb.  Evə bitişik olan çardaq da alışıb. Ev içindəki əşyalarla birlikdə yararsız hala düşüb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və  yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısı alınıb, Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun