Göyçay, Ağdaş, Ucar və İsmayıllı rayonlarının sərhədlərində yerləşən stasionar postlarda rayonlara giriş-çıxışa nəzarət işləri gücləndirilib. Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlərə müvafiq qaydada xəbərdarlıq edilir və cərimələnirlər. “Biz birlikdə güclüyük” aksiyasına dəstək olaraq rayondə və rayon giriş-çıxışlarında xidmət aparan polis əməkdaşları xidməti yerlərindəcə ziyarət edilib. Göyçay Gənclər Mərkəzi və “Göyçay İnformasiya Agentliyi”nin rəhbərliyi və təşkilatçılığı ilə regionda ilk dəfə olaraq polis əməkdaşlarına dəstək aksiyası gerçəkləşdirilib. Aksiya əvvəlcə dəyirmi masa şəklində baş tutub. Burada gənclərə vəzifələri tapşırıldıqdan sonra onlar qruplar şəklində müxtəlif postları ziyarət edərək polislərə minnətdarlıq bildiriblər. Göyçay rayonu ilə həmsərhəd olan 7 stasionar postda olan aksiya iştirakçıları tətbiq olunan karantin rejiminə ciddi nəzarət edildiyinin bir daha şahidi olublar. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün post ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis əməkdaşlarının normal qidalanması və istirahət etməsi üçün yerlər müəyyən edilib.
VAHİD FƏXRİ SPACE TV