Göyçayda qışda alça bar gətirib

  • Space TV
  • 7 Yanvar 2020 16:21

Bu təbiət hadisəsi rayonun Birinci Ərəbcəbirli kəndində yaşanıb. Kənd sakini Leyla Hüseynovaya məxsus evin həyətində alça ağacı bar gətirib. Ev sahibi  belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını bildirib.

Onun sözlərinə gprə, ağacın üzərində bir neçə ədəd meyvə yetişib. Bundan başqa ağacın üzərində çoxlu sayda çiçəklər də açıb.  Adətən alça ağacı yay aylarında, isti havalarda çiçəkləyir və meyvə verir. Amma qışda yetişən bu ağacın məhsulu digərlərindən fərqlənmir. Dadı da eynidir, forması da. Mütəxəssislər baş verən məsələyə səbəb kimi havadakı iqlim dəyişkənliyini göstəriblər. Qeyd ediblər ki, bu il havaların qış aylarında isti keçməsi bu cür təbiət hadisələrini qaçılmaz edir.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun