Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

  • SpaceTV
  • 4 May 2020 15:42

Göyçay-Bərgüşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində “VAZ-21 011” və “Daewoo” markalı minik avtomobilləri toqquşub. Nəticəsində 3 nəfər ağır xəsarət alıb.Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “VAZ” ın sürücüsü – Kürdəmiş kənd sakini, 68 yaşlı Babayev Ələkbər Tapdıq oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sərnişinlər – Kürdəmiş kənd sakinləri, 39 yaşlı Allahverdiyev Aqşin Firudin oğlu, 21 yaşlı Qasımov Elton Qasım oğlu və həmyaşıdı Zeynalov Ramiz Elçin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun