Göyçayda narçı fermerlərlə görüş keçirilib

  • Space TV
  • 1 Fevral 2020 15:12

Müxtəlif nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri Göyçayda bir araya gəlib. Məqsəd nar istehsalının artırılması və iqtisadi bazarın genişlənməsi olub. Yığıncağa ümumilikdə 300-ə yaxın  narçı fermer qatılıb. Ölkəmizdə narçılığın inkişafında xüsusi qayğısı olan nar assosiasiyasının hal-hazırda 350-yə yaxıın üzvü mövcuddur. Üzvlər yerli və beynəlxalq sərgilərdə öz məhsulları ilə iştirak edirlər.

     2019-cu ildəki təlimlərdə narçılar arasında keçirilən təməl sorğunun nəticələri tiştirakçılara çatdırılıb və nəticələrə əsasən narçılıqdakı real vəziyyət göstərilib.

Aran rayonlarından iştirak edən assosiasiya üzvləri narçılıq sahəsindəki problemləri məruzə edərək, öz təkliflərini bildiriblər.

VAHİD  FƏXRİ SPACE TV        

Paylaş

 Xəbəriniz olsun