Göyçayda minik avtomobillərinin iştirakı ilə zəncirvari qəza baş verib.

  • SpaceTV
  • 3 İyun 2020 14:48

Avtomobillər Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində toqquşub. Göyçay sakinləri- 25 yaşlı Şahin Məmmədovun idarə etdiyi “VAZ 2106”,  24 yaşlı Aqşin İsmayılovun idarə etdiyi “Wolkswagen Passat”, Nurlan Vəliyevin idarə etdiyi “”VAZ  – 21 014” markalı minik maşınları və 42 yaşlı Seymur Şirinovun idarə etdiyi “Mersedes Sprinter” markalı sərnişin avtomobili toqquşub. Hadisə zamanı Göyçay şəhər sakinləri, 42 yaşlı Ariz İsmayılov və Nurlan Vəliyev xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ilkin yardım göstərilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

                                                                           VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun