Göyçayda intihar hadisəsi baş verib

  • SpaceTV
  • 5 İyun 2020 13:25

İntihar Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüdə qeydə alınıb. Göyçay şəhər sakini, 53 yaşlı Məmmədov Elçin Niman oğlu özünü körpüdən çaya atıb. O, aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib. Hazırda mərhumun meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib. İntiharın dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin ehtimallara görə, Elçin Məmmədov borcu olduğu üçün canına qəsd edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun