Göyçayda ikimərtəbəli evdə yanğın

  • Space TV
  • 22 Yanvar 2021 11:37

Göyçay rayonunun Qızılağac kəndində yanğın hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb. 

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun