Göyçayda fərdi yaşayış evində güclü yanğın olub

  • SpaceTV
  • 30 İyun 2020 16:03

Rayonun Çayarxı kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kvadratmetr olan evdə anidən yanğın baş verib. Evdəki əşyalar yanaraq külə dönsə də, xoşbəxtlikdən həmin an evdə olan ailə üzvlərindən heç biri xəsarət almayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Evin 146 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi isə alovdan mühafizə olunub.  Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

                                                                        VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun