Göyçayda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

  • Space TV
  • 9 İyun 2020 17:48

Ötən gün gecə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpünün yanında avtomobil piyadanı vurub. Yolu keçmək istəyən rayon sakini, 49 yaşlı Yusifov Vüqar Rəşid oğlu İbrahim Bəşirovun idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobilinin zərbəsinə tuş gəlib. Piyada aldığı ağır xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qəzaya səbəb kimi yoldakı gecə işıqlandırma sisteminin bərbad vəziyyətdə olması göstərilir. Bildirilib ki, ərazidə elektrik dirəkləri olsa da, lanpalar yanmır və qaranlıq havada yol işıqlandırılmır. Bu da gecələr sürücülərin yolu yaxşı görməməsinə və piyada vurulması ilə nəticələn yol qəzalarının baş verməsinə səbəb olur.

                                                                           VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun