Göyçayda 10-cu sinif şagirdi kanalda dostları ilə çimərkən boğulub

  • SpaceTV
  • 1 İyun 2020 13:43

Rayonun Aşağı Qara Məryəm kənd sakini, 16 yaşlı İsmayıl Cəbiyev 2 nəfər dostu ilə kənd ərazisindən keçən Yuxarı Şirvan kanalında çimməyə gedib. Yeniyetmə bu zaman anidən burulğana düşüb. Nə qədər səy göstərsə də, suyun üzünə çıxa bilməyib və boğulub.

Yaxınlıqdakı yoldşları da onun həyatını xilas etməyə cəhd ediblər, lakin bu cəhdlər də nəticəsiz olub.

Sakinlər bildirirlər ki, kanalın suyu həmişə sürətli axır və çox dərindir. Bu səbəbdən hər il onlarla insan bu axar suyun qurbanına çevrilir. Təəssüf ki, İsmayıl da məhz belə qurbanlardan biri oldu…16 yaşını yenicə tamamlamış, necə deyərlər, bığ yeri indi-indi tərləyən və 3 bacının yeganə qardaşı olan İsmayıl elə dostlarının gözü önündəcə kiçik bədəni ilə nə qədər çarpışsa da, sonda cismini dalğaların ağuşuna buraxıb. Allah rəhmət eləsin!

                                                                              VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun