Göyçayda əsən güclü külək və yağan leysan yağış bir sıra fəsadlara yol açıb.

  • SpaceTV
  • 14 İyul 2020 15:53

Ötən gün axşam saatlarından etibarən Göyçayda təbiət öz şıltaqlığını göstərib. Rayonun Şəkər və Veysəlli kəndləri dağıntılara məruz qalıb. Nəticədə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, təxminən 30 dəqiqə davam edən küləkli yağış bəzi evlərin və tövlələrin dam örtüyünü qoparıb.

Selofan örtüklü istixanaların üst örtüyü dağılıb, pomidor və xiyar şitilləri, yetişmiş meyvə-tərəvəz məhsulları tələf olub. Ağaclar, eləcə də primitiv tikilmiş hasarlar, elektrik və rabitə dirəkləri aşıb, naqillər qırılıb.

Həmin kəndlərə elektrik və rabitə verilişi müvəqqəti olaraq dayandırılıb. Aidiyyəti orqanlar problemi aradan qaldırmaq üçün bütün gücü ilə çalışır.

                                                                         VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun