Göyçay toyunda kütləvi dava — Qıza nömrə verən ofisiant döyüldü

  • SpaceTV
  • 25 Yanvar 2020 16:59

SPACE Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində ötən gün maraqlı görüntülər yayımlanıb.

SPACE TV xəbər verir ki, verilişə müraciət edən Pakizə xanım oğlu Orxanın çalışdığı Göyçay «Nar» restaranında 20 nəfər tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı ofisiant oğlunun toy zamanı qıza nömrə verməsi halları üzə çıxıb. Pakizə xanım iddiaları rədd edərək oğlunun nömrə yox xına buketini masanın üstünə qoyduğunu bildirib. «Oğlum hansısa qıza nömrə verməyib, sadəcə xına buketini həmin masaya qoyub. Bunu görən toy sahibləri də oğlumu vəhşicəsinə döyüb.» deyə Pakizə xanım bildirib.

Amil Xəlil ona gələn instagram mesajlarında Orxanın həqiqətən də, qıza nömrə verməsini təsdiqləyiblər. Məhz bu səbəbdən də toyda əlbəyxa adava düşüb.
Həmin anları sizə təqdim edirik.

Paylaş

 Xəbəriniz olsun