Göyçay rayonunda nəhəng ilan evə hücum edib.

  • SpaceTV
  • 28 Yanvar 2020 12:57

Hadisə rayonun Birinci-Ərəbcəbirli kəndində – Cavid Həşimova aid olan evin həyətində baş verib. Kənd sakini Cavid Həşimov bildirib ki,

“evə yenicə gəlmişdim, həyətdə heç kim yox idi. İlanı gördüm. Açığı, birbaşa üzərinə getməyə qorxdum. Ona görə maşınla üstündən keçmək qərarına gəldim. Bir neçə dəfə baş nahiyəsindən keçəndən sonra artıq ilan hərəkət edə bilmirdi. Yerə enərək çomaqla zərbələr vurmağa başladım və öldürdüm”.

Əksər mənbələrdə ilanın uzunluğunun 1 metrə yaxın olduğu qeyd edilir. Hadisə ilə bağlı ev yiyəsi tərəfindən qaynar xəttimizə zəng daxil olduğunda ilanı saxlamalarını xahiş etdik və hadisə yerinə yollandıq. Hətta ilanın uzunluğunu da ölçdük. Belə ki, uzunluğu təxminən 2 metrə yaxın, baş və gövdə hissəsi çox qalın, quyruq hissəsi isə təxminən 20-25 santimetr uzunluqda  iynəvari hissədən ibarət idi. Ev yiyəsi ilanın çox zəhərli və təhlükəli olduğunu bildirib

   VAHİD  FƏXRİ SPACE TV    

Paylaş

 Xəbəriniz olsun