Hökümdarların sığınacaq yeri olan Göyəzən dağı .Dəniz səviyyəsindən 850 yerləşdiyi ərazidə isə 250 metr hündürlüyü olan vulkanik dağ Qazax rayonunun rəmzlərindən biridir. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlib bu dağ hündürlüyünə hətta dağ birləşmələrinin olmadığına görə digər dağlardan fərqlənir. Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağa Göy əzən adını veriblər . yerli sakinlərin bildirdiyinə görə bu ad dağın kölgəsinin daim yaşıl otlaq olması ilə əlaqədardır digər versiyada isə uca olması ilə sanki göylərə təsiri ilə . Göyəzən sanki kompas rolunu oynayır hansı ərazidən baxsan o zaman zirvəsini görmək olur. Rayonun Əskipara dərəsində Çoxaz çayının sol sahilində Alpout və Abbasbəyli kəndlərinin ərazisində yerləşir . Yaşı məlum olmayan bu sütün dağın oxşarı yəni əkiz tayıda var .Özüdə okianın o üzündə cırtdan bir dövlətin ərazisində . Mədəniyyət və turizm idarəsinin əməkdaşı Nofəl Qurbanov sanki bu dağlar qardaşdır deyir .
Amma Karib dənizinin əhatəsində yerləşən 1397 metr hündürlüyü olan Mon-Pele tacı ilə Göyəzən arasında fərq cox böyükdür . Beləki Mon Pele tacı cavan olsada Göyəzən cox qədimdir və onun yerləşdiyi məkan tarixin sınağına şahidlik edib . Hətta Hökmdarların yürd yeri olub .
Avey dövlət qoruğunun tərkibinə daxil olan Göyəzən abidəsi əhatə etdiyi 30 hektarda zəngin tarixi izləri acıq sezmək olur .
Göyəzənin zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib.Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir.Göyəzən dağını qoruqlar siyahısına qatan isə zirvəsində olan eyni adlı qala və mağaralardır . eyni zamanda qoruq ərazisində olan qədim tapıntılar və tikililərdə qoruğun qədimiliyini sübut edən amillərdir . Havalarin isti kecdiyi vaxtlarda yəni aprel may aylarında göyəzənə məktəblilərin ekskursiyası təşkil edilir buda gənclərin tarixi abidələrimizə sevgisini dahada dərinləşdirir .
Böyük Səməd Vurğun hələ zamanında Bu kiçik dağı “Yadıma düşdü” şerində o qədər gözəl tərənnüm etmişdir ki nəinki olkəmizdə hətta sovetlər birliyindədə hər kəs bu dağın görmək ücün səbirsizlənirdi .
Göylərə baş çəkir Göyəzən dağı
Axşamlar açıq olur ayin qabağı.
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Vasif Vaqifoğlu SPACE TV