Göyərtədə siqaret çəkən sərnişinə görə pilot məcburi eniş etdi

  • SpaceTV
  • 14 İyul 2020 10:17

Rusiyanın Murmansk şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş edib.

Bu barədə TASS məlumat yayıb.

Təyyarənin məcburi eniş etməsinə pilot qərar verib. Buna səbəb sərnişinlərdən birinin siqaret çəkməsi olub.

Təyyarə endikdən sonra siqaret çəkən sərnişin polisə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun