yol qəzasında ölən qardaşlarını son mənzilə yola salmağa gedirdilər. Lakin getdikləri yerə çatmamış özləri son mənzilə yola salındı. Qardaş yasına gedən bacılar eyni vaxtda eyni yerdə eyni qəzanın qurbanı oldu bacılar. Söhbət bir ailənin 4 üzvü olmaqla ümumilikdə 5 nəfərin ölümü 7 nəfərin isə yaralanması ilə nəticələnən qəzalardan gedir.
Dünən gecə qəza nəticəsində 59 yaşlı Camal Kərimov həyatını itirdi. Onun dəfninə tələsən yaxınlarını da qəza qarşıladı. Camal kərimovun qardaşı 54 yaşlı Abbas Kərimovun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşddu. Qəza nəticəsində qardaşlarının dəfninə tələsən iki bacısı 48 yaşlı Kərimova Mehbarə 46 yaşlı Aygün Kərimova və Avtomobili idarə edən Abbas Kərimovun oğlu 12 yaşlı Qorxmaz Kərimov və ailənin yaxını Aylin Həsənova həyatını itirdi. Digər bacı Kərimova Reyhan və onların yaxını 9 yaşlı Arzu Hətəmova yaralanıb. Qəzanın ağır nəticələri bununla da bitmir.
Abbas Kərimovun toqquşduğu avtomobildə olan ailə də bu dəhşətli hadisədən öz acı paylarını aldılar. 37 yaşlı Ceyhun piriyev, onun həyat yoldaşı 34 yaşlı Şəfa Piriyeva, və onların iki övladı, 11 yaşlı Kənan və 3 yaşlı Sabir aldıqları xəsarətlərlə Xəstəxanaya yerləşdiriliblər.Lakin təəssüflər olsun ki, balaca Sabir də bu qorxunc qəzanın qurbanı oldu və gözlərini həyata əbədi yumdu.
Bu, təkcə qəzadan zərər çəkən ailələrin faciəsi deyil. Eşidin bilən hək kəs bu qorxunc qəzadan danışır. Yerdəki qan, qardaşının dəfninə tələsən digər qardaşın indi bacılarının meyitinə baxması, Hələ danışmağa təzə başlayan 3 yaşlı Sabirin həyatla vidalaşması yəqinki qəzanın dəhşətini az da olsa ifadə edə bilir.
Əks istiqamətdən gələn bu avtomobillərin hansı şəraitdə toqquşmasıvə qəzanın səbəbləri aparılan araşdırmalardan sonra bilinəcək