Goranboyda yük avtomobili idarəetmədən çıxaraq araksəmə dəmirlərə çırpılıb.

  • Space TV
  • 21 İyul 2020 15:31

Yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Zərbənin gücündən avtomobil yararsız hala düşüb. Yol təsərrüfatına xeyli ziyan dəyib. Qəza zamanı yük maşının qoşqusunda yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürməyə nail olubar. Hadisə zamanı xəsarət qeydə alınmasda magistral yolda avtomobillərin gediş-gəlişində ləngimələr yaranıb. Amma hadisə zamanı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Emin Babayev space tv

Paylaş

 Xəbəriniz olsun