Goranboyda yeni yol salınır

  • SpaceTV
  • 6 May 2020 15:19

Yolun salınmasına aprel ayından başlanılıb. Onun  ümumi uzunluğu 38 km təşkil edir. Yol 4-cü dərəcəlidir. Hazırda yol yatağının inşaası aparılır.

Yolun inşa prosesinə  İlkin mərhələdə 50-ə yaxın işçi qüvvəsi cəlb olunub ki, bu sayın gələcəkdə artırılması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, Xanqərvənd-Əlirzalı-Safıkürd-Tapqaraqoyunlu yolu sovetlər dönəmində salınıb və yararsız vəziyyətdə olub.  Yenidən hazırlanan  yolun istifadəyə verilməsi kəndlərə gediş-gəliş də asanlaşacaq.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun