Goranboyda traktor, ona qoşulu aqreqat və 20 ton ot bağlaması yanıb.

  • SpaceTV
  • 2 İyul 2020 14:52

Rayonun Məşədiqarlar kəndində, Sahib Zeynalova məxsus həyətyanı sahədə qeydə Qəfil baş verən yanğın zamanı “T-28” markalı traktor, yem üyüdən aqreqat və 20 ton ot bağlaması yanaraq yarasız hala düşüb. Alovu ram etmək mümkün olmadığından hadisə yerinə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasada, 36 ton ot bağlamasının 20 tonu yanıb. Alovun digər ərazilərə keçməsinin qarşısı da alınıb. Hadisə zamanı kənd sakininə xeyli ziyan dəyib. Yanğının baş vermə səbəbləri araşdırılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun