Goranboyda qəza baş verib, ölən və yaralanan var – FOTO

  • Space TV
  • 31 Avqust 2020 23:08

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın xəbərinə görə, hadisə Goranboy – Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan “Azsamand” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun