Goranboyda karantin rejimini pozan obyekt aşkarlanıb.

  • Space TV
  • 16 Aprel 2020 15:17

Polis əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.  Obyektin sahibi Elçin Rzayevlə yanaşı, onun müştəriləri Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onların barələrində qanuna müvafiq tədbir görülüb. Qeyd edək ki, saxlanılan şəxslər kafeyə xaş yemək üçün gediblər. 

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun