Goranboy rayonu ərazisində aşkar edilən yabanı halda bitmiş külli miqdarda çətənə kolları məhv edilib

  • Space TV
  • 23 İyun 2020 14:36

Goranboy  ərazisində fəaliyyət göstərən Xocalı rayon Polis Şöbəsinin  əməkdaşları  narkotik maddələrin qanunsuz dövriyyəsi yönündə “Xaşxaş 2020” adlı profilaktik əməliyyat planı çərçivəsində əməliyyat tədbirlərini davam etdirirlər. Goranboy rayonunun Erkəc kəndindən Mənəş kəndinə gedən yolun sol cinahından 20-30  metr məsafədə  təxminən 1,4 hektarlıq tlaq ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.  Narkotik maddə üçn xammal sayılan bitkilər kökündən çıxarılıb və ümumi çəkisi bir ton yarım olmaqla yandırma yolu ilə məhv edilib.

Faktla bağlıaraşdırmalar, eləcə də sözügedən plan üzrə tədbirlər davam etdirilir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun