Goranboy rayon Qaraçinarlı kəndi düşmən atəşinə məruz qalıb – FOTO

  • Space TV
  • 8 Oktyabr 2020 13:40

Goranboy rayonu Qaraçinarlı kəndinə atılan artilleriya atəşi nəticəsində mülki yaşayış evlərinə ciddi ziyan dəyib. 

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Qaraçinarlı kəndində sakinlər hər şeyə rəğmən öz evlərini tərk etməyəcəklərini bildirirlər. Əhalinin mal-qara təsərrüfatı məhv olub, bir çox yaşayış evlərinə ciddi ziyan dəyib. 

Lakin əhalinin əzmi, ruh yüksəkliyi hər gün daha da artır. Kənd sakinləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizədə xalq olaraq Ali Baş Komandanın yanında olduqlarını ifadə edirlər.

Paylaş

 Xəbəriniz olsun