Gömrükçülər külli miqdarda dərman preparatlarını müsadirə edib – FOTO

  • Space TV
  • 16 Dekabr 2020 14:44

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan ölkəmizə boru yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı, 99 NR 144/99 ZE 344 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan boru yükünün içərisində 102 adda 8289 qutu dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun