Gömrük limitləri azaldıldı – VİDEO

  • Space TV
  • 31 Avqust 2020 12:26

Gömrük rüsumu olmadan ölkəyə gətirilən mallara tətbiq edilən limit azaldılıb. Nazirlər Kabineti limitin 2-3 dəfə aşağı salınması  barədə qərar qəbul edib. Space TV-nin xəbərinə görə, məqsəd gömrük rüsumundan yayınmaların, qaçaqmalçılıq hallarının qarşısını almaqdır. Millət vəkili Vüqar Bayramov bu qərarın müsbət addım olduğunu bildirib.

Aparılan iqtisadi təhlil göstərir ki, son illər fiziki şəxslər  tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycanın gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb. Bununla yanaşı, müəyyən edilən hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Yeni  qərar beynəlxalq təcrübəyə əsaslanır. Belə ki,  Türkiyədə şəxsi istifadə üçün eyni fiziki şəxs 2 il ərzində yalnız 1  telefon aparatı, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirə bilər. Avropa İttifaqına daxil olan ölkələrdə də   kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

Nazirlər Kabinetinin   yeni qərarı  sentyabrın 23-dən etibarən qüvvəyə minəcək. 

Cəfər Talıb, Samir Göylərli, Space TV

Paylaş

 Xəbəriniz olsun