Gmo təhlükəsi

  • Space TV
  • 27 Noyabr 2019 15:17

 (BAZAR GÖRUNTUSULƏ) Heç də sirr deyil ki, bazarları daha çox işğal edən gen modifikasiyalı məhsulların ucbatından artıq  təbii məhsulları seçmək belə get-gedə çətinləşir. Odur ki, istehlakçılara bu bəhsulları necə ayrıd etməyin bəzi üsulları haqda mütəmadi  məlumat vermək zəruridir.

(BURDA ARTIQ BAĞDA  GÖRÜNTÜ) Elə Gəncədəki (Aqrar Universitetin nəzdində fəaliyyət göstərən), adından məqsədi bəlli olan   Genetik Ehtiyatlar Bağında görüşdüyümz mütəxəssislə də bu məsələlər haqda danışırıq.  O qeyd etdi ki, təsərrüfatlarımız üçün əhəmiyyət kəsb edən meyvə, tərəvəz, tarla və bostan bitkilərinin nümunələri ölkəmizin müxtəlif bölgələrindən gətirilərək burada becərilir, artırılır, toxumları çoxaıldılaraq, yayılır. Son vaxtlar gen-modifikasiyalı bitkilər ilə təbii məhsulları seçməkdə insanların çətinlik çəkdiyini nəzərə alaraq, mütəxəssis bu yöndə ən sadə üsulları haqda da danışdı. Belə ki, bir qayda olaraq, gen dəyişikliyinə uğradılmış çəyirdəkili, eləcə də sitrus meyvələri yerli təbii sortlardan fərqli olaraq, ölçücə çox böyük, çox vaxt iysiz, yaxud yad qoxulu  olur.

Qida rasionumuzda ən çox işlədilən və geninə daha çox müdaxilə edilən bir tərəvəz kimi kartofun isə üzərində cücərtilərinin olmasını təbii məhsul əlaməti kimi qəbul etmək olar.

Mütəxəssis qeyd edir ki, Avropa  ölkələrində gen-modifikasiyalı  məhsuların qarşısının alınması üçün biotexnologiyanın qabaqcıl metodlarının tətbiqinə diqqət artıb. Ölkəmizdə də bu istiqamətdə böyük perspektivlər var. Xüsusən ona görə ki, biotexnologiya üsulları ilə genlərə müdaxilə olunmadan, yerli bitkilərimizin üstün cəhətlərini saxlamaqla onları geniş miqyasda artırmaq mümkndür.

Mütəxəssis qeyd edir ki, biotexnoloji üsullardan biri də bitki materiallarının xüsusi məhlulda saxlanılaraq, onun kök verməsinə nail olmaqdır. Elə bu bağda da son bir neçə il ərzində 100-dən çox adda yerli sort  bitkilər becərilib və yayılıb.

Yeri gəlmişkən, öz tərəfimizdən maraqlı bir faktı da qeyd edək. Elmi internet resurslarının məlumatına görə, dünyada qida bitkilərindən ancaq ağ kələm və rusca deyimlə “qreçka” kimi tanınan qarabaşağı gen modifikasiyasına uğratmaq mümkün olmur. (FOTOLARINI AYRICA VERMİŞİK) 

ZakirMuradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun