Gizli fəaliyyət göstərən “MALL” aşkarlandı müştəri və sərnişinləri saxlanıldı

  • Space TV
  • 22 Aprel 2020 15:27

Binəqədidə gizli şəkildə fəaliyyət göstərək “Mall” aşkar edilib, obyektin sahibi, işçilər və müştərilər inzibati qaydada cəzalandırılıblar.Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı “28 May” qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus “İstanbul Mall” geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahib, orada olan müştərilər və işçilər ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Qüdrət Alıyev və digər şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək  cərimə ediliblər.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun