Gizlənqaç oynayan azyaşlı transformatora girdi, ayaqları və qolu amputasiya olundu

  • SpaceTV
  • 16 Oktyabr 2019 17:09

Bakıda gizlənqaç oynayan zaman tranformatora girən doqquz yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub.

SPACE TV-in xəbərinə görə, bununla bağlı məlumatı sosial şəbəkədə jurnalist Esmira Cavadova paylaşıb. 

Onun sözlərinə görə, uşağın valieynləri olmadığı üçün əməliyyat üçün nənəsindən razılıq alınıb.

“Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki barmaqlarını kəsməkdə kifayətlənə bilərdilər”. 

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, uşağın müalicə işləri 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsində davam etdirilir:

“Hazırda vəziyyəti kritik qiymətləndirilir, həyati təhlükəsi qalır”.

Qeyd edək ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində, “Azərişıq” ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun