Malinin girov götürülmüş eks-prezidenti sərbəst buraxılandan sonra istefa verdi

  • Space TV
  • 28 Avqust 2020 10:38

Hərbi çevriliş zamanı qiyamçılar tərəfindən girov götürülən Malinin eks-prezidenti İbrahim Bubakar Keyta sərbəst buraxılıb.

Spacetv.az xəbər verir ki, “Jeune Afrique” agentliyi bu barədə eks-prezidentin ailəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, avqustun 18-də Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

Bir gün sonra Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.

Paylaş

 Xəbəriniz olsun