Girişi qadağan edən sərəncam

  • SpaceTV
  • 28 Avqust 2019 12:27

Space TV Xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya hökuməti Almaniyanın “Lifeline” qeyri-hökumət təşkilatına məxsus, 101 nəfər miqrantı daşıyan “Eleonore” gəmisinin ölkə limanlarına girişini qadağan edən sərəncam imzalayıb. 

Sənədi İtaliya baş nazirinin müavini və Daxili İşlər naziri Matteo Salvini, Müdafiə naziri Elizabetta Trenta və Nəqliyyat naziri Danilo Toninelli imzalayıblar.

DİN-in bəyanatına görə, sərəncam Almaniya QHT-sinin İtaliya sahillərinə yaxınlaşmaq cəhdləri qarşısında hökumətin yekdil olduğunu ifadə edir.

 Qeyd edək ki, bir qədər əvvəl adıçəkilən gəmi Liviya sahilləri yaxınlığında 101 miqrantı xilas edərək şimala doğru istiqamət alıb. İtaliya limanlarına Aralıq dənizi hövzəsində miqrantları xilas edən qeyri-hökumət təşkilatlarına məxsus gəmilərin girişinə ötən ilin yayından rəsmi qadağa qoyulub.

Paylaş

 Xəbəriniz olsun