General-mayor Polad Həşimov haqqında kitab nəşr olunacaq

  • Space TV
  • 17 İyul 2020 12:15

General-mayor Polad Həşimov haqqında kitab nəşr olunacaq.

Bu barədə space tv-a “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy məlumat verib.

Onun sözlərinə görə, kitab “Xatirə ədəbiyyatı” silsiləsindən nəşr olunacaq: “Polad Həşimov haqqında xatirələrdən ibarət bir kitab nəşr etmək istəyirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən xatirə yazıları gözləyirik. Ümid edirik ki, tezliklə bu cəsur hərbçimiz haqqında maraqlı və sanballı yazılar toplanacaq və biz “General Polad Həşimov haqqında xatirələr” kitabını ictimaiyyətə təqdim edə biləcəyik”.

S.Şahmursoy kitab üçün lazım olan yazıları [email protected] ünvanına göndərmək lazım olduğunu vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun