Gecənin üç kriminal hadisəsi

  • SpaceTV
  • 16 Sentyabr 2019 12:39

1 gecədə 3 kriminal hadisə baş verib.  2 döyülmə və 1 bıçaqlanma faktı qeydə alınıb.

Hadisə Xırdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib. 

 Seymur Hüseynovun hansı səbəbdən bıçaqlanmağı hələki məlum deyil. Məlum olan, yalnız odur ki, onun xəsarətləri ağırdır. Fakla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır.

Gecə saatlarında Təcili Yardım xidməti  3 saylı Şəhər Klinkasına döyülmə xəsarəti ilə 1 nəfər gətirib. Burun sümüyünün sınığı və digər müxtəlif dərəcəli zədə alan, 31 yaşlı Ağazadə Ağalarovaya həkimlər  ilkin tibbi yardım göstərdikdən sonra,  onu  reanimasiya şöbəyə yerləşdiriblər. Hadisənin dəqiq baş vermə səbəbləri məlum olmasa da, Binəqədi rayon sakini  tanıdığı şəxslər tərəfindən döyülüb. Hazırda Suraxanı rayon polisində  faktla bağlı araşdırma aparılır.

Gecənin  daha bir döyülmə faktı paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 32 yaşlı Məhəbbət Quliyeva  Sabunçu qəsəbəsində yerləşən  kafedə tanıdığı şəxs tərəfindən döyülüb. Yaralı təcili yardım maşını vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona dişlərin travmatik qopması və başın yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.  Həkimlər tərəfindən vəziyyətinin stabil olduğu bildirilir. Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Nurlan Piriyev Həsənağa Dadaşov Space

Paylaş

 Xəbəriniz olsun