Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Xoşbəxtlikdən ölən olmasa da yaralananlar var. Sabunçu rayonunda isə ölüm hadisəsi qeydə alınıb.
Gecə saatlarında Qaradağ rayonunda ana ilə övladını avtomobil vurub. Hadisə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, 42 yaşlı Alina Vəliyeva və onun 8 yaşlı oğlu Aven Vəliyev qoşqulu yük maşınının vurması nəticəsində xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Yaralılar dərhal əməliyyat edilib. Hazırda həkimlər tərəfindən vəziyyətləri orta-ağır qiymətləndirilir. Qəzanın baş verməsinə yenə də yüksək sürət və piyada məsuliyyətsizliyi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Paytaxtın Sabunçu rayonunda meyid tapılıb. 57 yaşlı Eldar İsgəndərovun meyiti Maştağa qəsəbəsində aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Hadisənin təfərrüatlarını Sabunçu Prokurorluğu araşdırır. Meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin olmadığı deyilir. Mərhumun meyidi aidiyyati üzrə təhvil verilib. Hadisələrin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Nurlan Priyev – Space