Gecənin kriminal hadisələri

  • SpaceTV
  • 28 Avqust 2019 15:18

Binəqədi rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.  Gecənin  daha bir qanlı hadisə xəbəri Suraxanı rayonundan gəlib.

Gecə saatlarında 2 avtomobilin  toqquşması nəticəsində 29 yaşlı Arzu Hüseynova, 34 yaşlı Ceyhun Əliyev, 56 yaşlı Nəzakət Baxışova, 57 yaşlı Şahnaz Hüseynova, 71 yaşlı Namiq Ağayev xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdiriliblər. Avtomobillərə isə  xeyli ziyan dəyib. Əraziyə Sabunçu rayon polis idarəsi və Yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın baş verməsinə yol hərəkəti qaydalarını pozması səbəb olub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun