Gecə saatlarında Şamaxıda baş verən güclü külək evlərin dam örtüklərinə və elektrik naqillərinə ciddi ziyan vurub.

  • SpaceTV
  • 6 Fevral 2020 14:48

Şamaxıda güclü külək fəsadlara səbəb olub. Bir binanın və bir neçə fərdi evin dam örtüyü yararsız vəziyyətə düşüb. Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Telefon elektirik naqilləri qırılıb, ətraf ərazilərə elektirik enerjisinin verilişində fasilələr yaranıb. FHN-nin Xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb edilib. Fəsadlar aradan qaldırılıb.

Təkrar yaşana biləcək təhlükə nəzərə alınaraq, aidiyyəti qurumlar təhülükəsizlik tədbirləri görüb. Küləyin rayona vurduğu ziyanın miqyası araşdırılır. Hazırda külək davam edir.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun